Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistant | Banco.az
PAŞA Bank

Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistant

Vakansiya haqqında məlumat: 

PAŞA Bank namizədləri Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistant vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

• İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkilini fəal surətdə idarə edir və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsini təmin edir;

• İdarə Heyətinin müvafiq üzvünün bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;

• Müvafiq kurasiya üzrə qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi;

• İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi;

• Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstək göstərilməsi;

• İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edir və bu zaman vaxt və xərcləri effektiv şəkildə idarəedilməsin təmin edir;

• Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;

• İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;

• Idarə Heyətinin üzvü tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: bakalavr dərəcəsi 

Tələb olunan iş təcrübəsi: 1-3 il  

Xarici dillər: İngilis, Rus 

Kompüter bilikləri: Microsoft Office

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 20.09.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.