"Zaminbank" əmanət faizlərini artırıb | Banco.az

"Zaminbank" əmanət faizlərini artırıb

"Zaminbank" 21 illiyi münasibətilə əmanət faizlərini artırıb.

Bankdan verilən məlumata görə, noyabrın 26-dan dekabrın 26-dək "Zaminbank"da 12 ay müddətinə Azərbaycan manatı və ABŞ dolları ilə yerləşdirilən əmanətlər illik 12%-lə qəbul olunacaq. Müştərilər yerləşdirdikləri məbləğin faizlərini hər ay bank tərəfindən pulsuz təqdim olunan plastik kart vasitəsilə ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

"Zaminbank"da yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

"Zaminbank" 57 filial və şöbələri ilə Azərbaycanın geniş cografi fəliyyətə malik olan banklardan biridir.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et