Visa Gold və Visa Platinum kart sahibləri sevinəcək | Banco.az

Visa Gold və Visa Platinum kart sahibləri sevinəcək

Bank BTB və Visa Beynəlxalq ödəniş sistemi tətil mövsümündə aktual olan nağdsız ödənişləri nəzərə alaraq müştərilər üçün yay imtiyazları elan edir. Belə ki, Bank BTB-nin Premium Visa ödəniş kartı sahibləri olan müştərilər bu yay nağdsız ödənişlər zamanı geniş endirimlərdən faydalana biləcəklər. Qeyd etmək istəyirik ki, endirimdən faydalanmaq istəyən müştərilərimiz  məşhur brendlərlərdən edəcəkləri alış-veriş zamanı Visa Gold və ya Visa Platinum ödəniş kartları ilə nağdsız ödəniş edərkən 15%-dək güzəştlər əldə edəcəklər.

Bank BTB-nin Visa ödəniş kartlarını bankın filiallarından və şöbələrindən əldə etmək mümkündür. Əlavə olaraq “Google Play” və “App Store”-dan Visa Explore mobil əlavəsini yükləyərək bütün təkliflər və imtiyazlar haqqında xəbərləri mütamadi öyrənə bilərsiniz. Endirimlər Debet və Kredit kart tipləri üçün keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

Endirimlər haqqında daha ətraflı məlumatı www.visa.com.az saytından əldə edə bilərsiniz.

      Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.