Unibankın müştəriləri bank kartlarında aparılan bütün mədaxil-məxaric əməliyyatlardan xəbərdar olacaqlar. Bank bütün kredit kartlarını və Albalı taksit kartını sms-xəbərdarlıq xidmətinə qoşub. Bu xidmət ödənişsizdir. Müştərilərin telefon nömrələrinə göndərilən sms-lər, müştərini məlumatlandırmaqla yanaşı, kartın təhlükəsizliyini də təmin etmiş olur. 1 may 2013-cü il tarixə Unibankın kartlarının sayı 126 mini ötüb.
Qeyd edək ki, ölkə bankları içərisində Unibank nağdsiz ödənişlər üzrə liderdir.Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında Unibank KB ASC 1-ci yerdədir. Sonuncu hesabata əsasən, ay ərzində ölkə bankları içərisində ən çox ödəniş Unibankın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1000-dən artığı isə bankomatların payına düşür.
Unibank nağdsız ödənişlərin həcminin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən Azərpoçtun bütün poçt şöbələrindən, unibank.az və hesab.az saytları, Milli Ön ödəniş terminalları, “İnfoUnibank” mobil əlavəsinə malik iPhone və “Android” platformasında olan smartfon və planşetlər vasitəsi ilə, Unibankın ATM və Cash-in aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.
Unibankın çox-çox sərfəli Albalı kartı ölkədə nağdsız ödənişlərin sayının çoxalmasına öz töhvəsini verir. 700-dən artıq partnyor-mağazada Albalı sahibləri aldıqları malın və göstərilən xidmətin dəyərini, hissə-hissə ödəmək imkanı qazanıblar.
Unibankın mıhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud bankın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı