Özəl statusunuzun simvolu - myCard Platinum və myCard Gold | Banco.az

Özəl statusunuzun simvolu - myCard Platinum və myCard Gold

Müasir dövrdə kartdan istifadə sürətlə artır -insanlar tədricən nağdsız ödənişlərə və onlayn alış-verişlərə üstünlük verirlər. İstər xarici səfərlərdə, istər gündəlik həyatda artıq özünlə nağd şəkildə çoxlu pul daşımağa ehtiyac yoxdur. Plastik kartlar istifadədə dahat rahatdırlar və istifadəçiləri üçün geniş imkanlar yaradırlar. Hər zaman müştərilərin istəklərinə uyğun olaraq fərqli məhsullar təqdim edən AccessBank bir neçə plastik kart təklif edir. Bankın təqdim etdiyi kartlar arasında müştərilər tərəfindən ən çox rəğbət qazanan ötən il istifadəyə verilən myCard-dır. myCard-a olan marağı nəzərə alan Bank bu yaxınlardayeni premium klass növü olan myCard Gold və myCard Platinum kartını istifadəyə verdi. myCard Classic ilə müqayisədə myCard Gold və myCard Platinum daha geniş imkanlar yaradır vəsahibinin özəl statusunu təsdiqləyir. Premium klass kartların sahibləri dünyanın hər yerində VİP müştəri kimi qarşılanır, onlara fərqli, daha yüksək xidmət göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

myCard sadəcə ödəniş kartı deyil, o həm də depozit kartıdır və bundan əlavə özündə bir sıra özəllikləri birləşdirir. Məsələn, müştərilər kart hesablarında olan müsbət qalığa gəlir əldə edirlər.Həmçinin,Bankın bankomatlarından vəsait nağdlaşdırılarkən heç bir komissiya tutulmur,myCard-la ödəniş edildikdə isəAccessQazanccash-back proqramı çərçivəsində pulun bir hissəsi müştərilərin hesabına geri qayıdır. myCard-ın üstünlükləri bununla bitmir, bu kartı əldə etdikdə müştərilərə Onlayn Bankinq, SMS-məlumatlandırmavə 3D Secure xidmətləripulsuztəqdim olunur. Daha ətraflı məlumatı Bankın www.accessbank.azsaytından əldə etmək mümkündür.