Bayram günlərində Unibank-ın hansı filialları işləyəcək? | Banco.az

Bayram günlərində Unibank-ın hansı filialları işləyəcək?

Unibank Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir, bol ruzi-bərəkət arzulayır. Bayram günləri olmasına baxmayaraq, bankın bir sıra filialları müştərilərə xidmət etməkdə davam edəcək. Ölkə əhalisi və eləcə də bayram münasibəti ilə respublikamıza  gələn xarici ölkə vətəndaşları  bayram günlərində Unibankın Bakıda yerləşən  14 saylı (Füzuli küçəsi15, qapı 4 , ( Beş mərtəbə adlanan ərazi) )və 17 saylı (Bülbül prospekti 10 , (Sahil metrosunun yanı) ) filiallarının xidmətindən faydalana biləcəklər. Əsas turizm zonalarından olan cənub bölgəsinə səfər edən turistlərə və eləcə də ölkə vətəndaşlarına isə “Lənkəran” filialı xidmət göstərəcək.  Bayram günlərində paytaxtdakı filiallar  martın  18-dən 26-dək, səhər saat 09.00-dan axşam 21.00-dək fəaliyyət göstərəcək. “Lənkəran” filialı isə  18-22 mart tarixlərində saat 12.00-dan 18.00-dək müştərilərin üzünə açıq olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Unibank müştəriləri  bayram günlərində kredit ödənişlərin Unibank, E-manat və Milli Ön ödəmə terminallarında nağd şəkildə, unibank.az və hesab.az saytlarında isə onlayn edə biləcəklər. Unibank Mobile isə bayram günlərində günün 24 saatı istifadəçilərinə xidmət edəcək.  Smartfon istifadəçiləri kredit və kommunal ödənişlərini, kart-hesab əməliyyatlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan Unibank Mobile-la  həyata keçirə biləcəklər.

Unibank- hər kəsin bankı!