“Bank of Baku” 12 milyon manata yaxın SMS kredit ayırıb! | Banco.az

“Bank of Baku” 12 milyon manata yaxın SMS kredit ayırıb!

Bu ilin mart ayından etibarən “Bank of Baku” müştərilərinin istifadəsinə verilmiş SMS kredit layihəsi çərçivəsində toplam 12 milyon manata yaxın kredit ayrılıb. Artıq minlərlə ölkə vətəndaşı öz rahatlığı və çevikliyi ilə seçilən SMS kreditdən faydalanmaqdadır.

SMS kredit məhsulu “Bank of Baku”-nun Azərbaycan bank təcrübəsində ilk dəfə tətbiq etdiyi bir xidmətdir. “Bank of Baku” SMS kredit məhsulunun Azərbaycan ərazisində patentini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alıb.

SMS kreditin üstünlüyü müştərinin banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan vermək imkanından ibarətdir. Sifariş edilmiş kredit məbləği, bankla əvvəlcədən imzalamış uzun müddətli baş saziş çərçivəsində müştərinin “Dostlar Klubu” kartına yüklənir. Müştəri kartdakı məbləği dərhal “Bank of Baku”-nun istənilən bankomatından nağdlaşdıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

Kredit sifariş etmək üçün “Dostlar Klubu” kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini 8145 nömrəsinə SMS ilə göndərmək lazımdır. Misal : “03129876  kredit 2000”.

Mesaj göndəriləndən sonra  sifariş avtomatik qərar üsulu ilə qiymətləndirilir və müştərinin ala biləcəyi kredit məbləği müəyyən edilir.

Kredit sifarişi yalnız müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsindən edilə bilər.

Hal-hazırda SMS kredit xidmətindən bankın “Dostlar Klubu”-nun Qızıl və Brilliant kart sahibləri faydalanır. Yaxın zamanlarda isə klubun Gümüş kart sahibləri də bu xidmətdən istifadə edə biləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et