“AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illik yubileyinə həsr edilmiş “Что, Где, Когда” oyunu keçiriləcək. | Banco.az

“AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illik yubileyinə həsr edilmiş “Что, Где, Когда” oyunu keçiriləcək.

30  noyabr tarixində saat 22.00-da  AzTV   kanalında   “AtaHolding” ASC-nin  10  il və  “AtaBank” ASC-nin 20 illik yubileyinə həsr  edilmiş  “Что,  Где,  Когда”  oyunu  keçiriləcək.  Oyunda “AtaHolding”  Şirkətlər Qrupunun əməkdaşları   teletamaşaçılar  komandasında iştirak  edəcəklər.

Kapitanı  “AtaBank”  ASC  İdarə Heyətinin sədr müavini  Etibar Babaşlı olan teletamaşaçılar komandasında  “AtaHolding” ASC Maliyyə və Büdcə şöbəsinin baş mütəxəssisi Fazil Axundov, Kommunikasiya şöbəsinin rəisi  Dilara Zamanova, “AtaBank”  ASC  Bank kartları və Elektron xidmətlər Departamentinin  direktoru  Teymur Axundov, Kommunikasiya şöbəsinin Aparıcı mütəxəssisi Oruc İbrahimov, İnsan Resursları Departamentinin mütəxəsisi Ülviyyə Məhərrəmova,  Şirvan filialı  kredit şöbəsinin rəisi  Kainat Məmmədov,   “AtaSığorta” ASC Ümumi Sığorta şöbəsinin rəisi Nərgiz Mustafayeva, “AtaTravel” MMC-nin baş  direktoru  Vüsal Əliyev,  “Excelsior  Hotel Baku”  otelinin Satış və marketinq üzrə mütəxəssisi  Murad Əsədov,  trener  Nailə  Canaşvili  və  “AtaTexnologiya” Layihə şöbəsinin rəisi Cahangir Qənizadə oynayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Kapitanı  Anar Nəcəfli olan  bilicilər komandasında  Adnan  Axundov,  Elman Talıbov,  Fuad Musayev,  İya Metrevelli və  Günel Babayeva  oynayacaqlar.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/atabank

 

Ən sərfəli krediti almaq üçün müraciət et