Ziraat Bank Azəraycan uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib | Banco.az

Ziraat Bank Azəraycan uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Gələcəyin bankirləri” layihəsini həyata keçirib. Tədbirin məqsədi uşaqlar və yeniyetmələr arasında maliyyə savadlılığının artırılması, onların maliyyə sahəsi ilə bağlı maraq dairələrində olan ixtisaslarla yaxından tanış olması olub. Layihə çərçivəsində Ziraat Bank Azərbaycanda çalışan bütün əməkdaşların övladları baş ofisdə qonaq olublar. Bankda keçirilən ekskursiya zamanı uşaqlar ilk öncə bank anlayışı və bankda fəaliyyət göstərən departamentlərin işi ilə yaxından tanış olublar. Müxtəlif struktur bölmələrdə çalışan əməkdaşlar uşaqlara öz ixtisasları və göstərdikləri xidmətlər haqqında ətraflı məlumat veriblər. Əməliyyat departamentində ekskursiya zamanı uşaqlara bank kartları və ATM-lər ilə bağlı işləmə prinsipi əyani şəkildə izah edilib.

Həmçinin layihə çərçivəsində uşaqlar üçün əyləncə proqramı da təşkil olunub. Proqram zamanı uşaqların istirahət etməsi ilə yanaşı elmə maraqlarının artırılması məqsədi ilə mütəxəssislər tərəfindən təşkil edilmiş eksperimentlər şousu göstərilib. Sonda isə tədbirdə iştirak edən uşaqlara bank tərəfindən xatirə hədiyyələri təqdim olunub.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et