Səliqəsiz görünüşünə görə sosial şəbəkədə “rəngsaz kostyumu” adlandırılan məşhur markanın kombinezonu alıcılar tərəfindən tənqid olunub.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Söhbət ABŞ-ın lüks “Ralph Lauren” brendi tərəfindən cinsə bənzər materialdan hazırlanan qızıl zəncirli uzun kombinezondan gedir. Sözügedən qarderob əşyası ön və arxa tərəflərdə iki cib ilə bəzədilib. Bundan əlavə, kostyumda ağ boya damcılarını simulyasiya edən ləkələr və sürtünmə izləri var.
Markanın veb saytındakı kombinezonun qiymətinin 620 funt sterlinq (1 360 AZN) olduğu qeyd edilib.
Sosial şəbəkə istifadəçiləri təsvir olunan geyimi rəngsaz formasına bənzədiyi üçün gülüş hədəfinə çeviriblər.
“Yaşamaq üçün pul qazanmaq istəyən şəxsə bənzəməyə görə pul ödə”, “Mən qəhqəhə ilə gülürəm”, “Özü də bunu kim isə alacaq”, “Rəngsaz kostyumu? Siz ciddisiniz?”, - kimi şərhlərlə istifadəçilər geyimi lağa qoyublar.
oxu.az
Bizi sosial şəbəkələrdən izləyin!!