"YouTube"a süni intellektin köməyi ilə dublyaj funksiyası əlavə olunacaq | Banco.az

"YouTube"a süni intellektin köməyi ilə dublyaj funksiyası əlavə olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” süni intellektin dəstəyi ilə dublyaj işini fərqli səviyyələrə qaldırır.

Banco.az xəbər verir ki, məşhur video-yayım platforması olan “YouTube” kontent yaradıcılarına süni intellektdən istifadə edərək videolarını avtomatik olaraq digər dillərə tərcümə etməyə kömək edəcək yeni funksiyanı sınaqdan keçirir.

Bu məqsədlə “YouTube” süni intellektlə işləyən “Aloud” səsləndirmə xidməti ilə əməkdaşlığa başlayıb. Şirkətdən bildirilənə görə, cari aya qədər kontent yaradıcıları 70-dən çox dildə 10 mindən çox video səsləndiriblər.

Qeyd edək ki, süni intellektlə işləyən dublyaj funksiyası videonu transkripsiya edir, daha sonra onu tərcümə edir və nəhayət dublyaj versiyasını hazırlayır. İlk mərhələdə ingilis dilindən ispan və portuqal dillərinə dublyaj həyata keçirən sistemdə gələcəkdə daha çox dil variantının təklif ediləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram