Tamara Mustafayeva, Banco.az
YouTube platforması istifadəçilərin yeni videolardan daha asan xəbərdar olması məqsədilə tövsiyə edilən videolar üçün "Mövzu üzrə Filtrləmə" funksiyasını təqdim edib.
Məlum olduğu kimi, YouTube platformasında demək olar ki, bütün mövzulara dair videolar mövcuddur. Platformanın alqoritmi istifadəçilərin daha əvvəl bəyəndikləri məzmunlara uyğun videoları tövsiyə etmək üzrə hazırlanıb. İndi isə video-yayım platforması bu xüsusiyyəti daha da təkmilləşdirmək üçün masaüstü versiyaya yeni funksiya əlavə edib.
"Mövzu üzrə Filtrləmə" funksiyası istifadəçilərin zövqünə uyğun seçimləri əl çatan edəcək. Belə ki, istifadəçilər ekranın sağ kənarında tövsiyə edilən videoları mövzulara uyğun kateqoriyalaşdıra biləcəklər.
Sözügedən funksiya üzrə ekranda müəyyən seçimlər əks olunur. Bu seçimlər "Hamısı" ("All") bölməsi başda olmaqla müvafiq videoya dair açar sözlərdən tərtib edilir. Bununla yanaşı, istifadəçilərin abunə olduğu kanalların videolarını da göstərən başqa bir bölməyə də yer verilir.
Qeyd edək ki, artıq sözügedən funksiya ölkəmizdə də aktiv edilib.
Həmçinin oxu: Mütləq izləməli olduğunuz 6 YouTube kanalı
Bizi sosial şəbəkələrdən izləyin!!