2020-ci ildə Rusiyada YouTube-a rəqib olacaq platforma yaradılacaq.
“Mail.Ru Group” şirkəti öz video xidmət şəbəkəsini yaradacağını bildirib.
Şirkətin baş direktoru Boris Dobrodeyev bildirib ki, yaradılacaq yeni video platforma ilə YouTube-un başlıca rəqibinə çevrilmək niyyətindədirlər.
Şirkət rəhbəri qeyd edib ki, yeni video xidməti şəbəkəsi istifadəçilərin maraqlarına uyğun videomaterialları özündə əks etdirəcək.
“Biz “time sepnt” tapşırığını ən yüksək səviyyədə icra edəcəyik. YouTube-un ən əsas rəqibinə çevrilmək və sosial qrafik xaricində istehlak olunan məzmunun sayını artıracağıq”, — deyə Dobrodeyev əlavə edib.
Ted.az