Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya ölkədə aktiv koronavirus xəstəsinin olmadığını açıqladıqdan sonra ölkə daxilindəki pandemiya əleyhinə bütün tədbirləri ləğv edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, tədbirlərin götürülməsi ilə birlikdə sosial məsafə qaydası da ləğv edilib.
Ölkə sərhədləri isə hələ də bağlıdır.
Xatırladaq ki, son iki həftə ərzində Yeni Zelandiyada koronavirusa yoluxma halı qeydə alınmamışdır.
Baş nazir Casinda Ardern (Jacinda Ardern) ölkədə koronavirus pandemiyasının başa çatması xəbərini öyrəndiyi zaman "bir az rəqs etdiyini" söyləyib və əlavə edib:
"Artıq daha təhlükəsiz və güclü vəziyyətdə olsaq da, pandemiyadan əvvəlki həyata geri dönmək asan olmayacaq. Lakin səhiyyə sektorunda görülən işlər və qətiyyətli addımlarımızı bundan sonra iqtisadiyyatımızın yenidən canlanmasına yönləndirəcəyik."
"Məqsədimizə tamamilə nail olmuş sayılmasaq da, bugünkü dönüş nöqtəsini görməzlikdən gələ bilmərik. Təşəkkür edirik, Yeni Zelandiya."
Qeyd edək ki, Yeni Zelandiya 25 mart tarixindən karantin rejiminin tətbiqinə başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!