“Forbes Middle East” jurnalı Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmeninin adlarını açıqlayıb.
Siyahıya daha çox moda sənayesinə yeniliklər gətirən Yaxın Şərq mənşəli qadınlar daxil edilib. Onların arasında məşhur Hollivud ulduzlarının geyim dizayneri Rem Akra, zərgərlik məmulatları brendini yaradan misirli Azza Fəhmi və qızları, ötən il 610 milyon dollar qazancı ilə “Forbes”in siyahısına daxil edilmiş iraqlı Huda Kəttan ilk üçlükdə yer alıblar.
Texnoloji brend kateqoriyasına isə bir sərmayəçinin cüzi yardımı ilə 50 milyon dollar qazanan “Mumzworld” brendinin yaradıcıları Muna Ətaya və Lena Abi Xəlil başçılıq edirlər. Siyahıda Səudiyyə Ərəbistanı, Mərakeş, fələstinli xanımlar da yer alıblar.
fins.az
Bizi sosial şəbəkələrdən izləyin!!