"Y və Z nəsillərinin 4 günlük iş rejimi gözləntisi artmaqdadır" | Banco.az

"Y və Z nəsillərinin 4 günlük iş rejimi gözləntisi artmaqdadır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Deloitte: Y və Z nəsilləri 4 gün işləməyi getdikcə daha çox gözləyirlər.

Banco.az xəbər verir ki, “Deloitte”nin " Y və Z Nəsli 2023" adlı araşdırması son illərdə qlobal dəyişikliklərin nəsillərin həyat standartlarını və baxış tərzlərini necə formalaşdırdığını təqdiq edir.

Araşdırma üçün 44 ölkədə 22 mindən çox Y və Z nəslinin nümayəndəsi olan işçilərlə sorğu keçirilib.

Təqdiqatlar göstərir ki, iş həyatında çalışan insanların əksəriyyətini təşkil edən Y və Z nəsilləri pandemiya zamanı pozulan iş və həyat balansını yenidən bərpa edib. Ehtiyac və gözləntilərə uyğun qurulan bu balans iş vaxtı ilə bağlı qaydaları yenidən formalaşdırır.

Tədqiqatda iştirak edən Y və Z nəslinin nümayəndələri işlədikləri qurumlarda pandmeiyadan əvvəlki dövrlə müqayisədə bəzi sahələrdə uğurlar əldə etdiklərini bildiriblər. Tam və ya yarım-ştat işçilərin təxminən üçdə biri iş-həyat balansından çox məmnun olduqlarını qeyd ediblər. Bunun əsas səbəbi kimi isə çevik iş imkanları, iş yerində bərabərlik, müxtəliflik və inklüzivlik səyləri göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, respondentlərin əksəriyyəti hibrid rejimdə və ya məsafədən işləyir. Hər iki nəsil işçilərin də gündəmində hazırda həftədə 4 gün işləmək praktikasının iş həyatında geniş yayılacağı gözləntiləri var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram