Tamara Mustafayeva, Banco.az
Xiaomi yeni flagman seriyası olan Mi 10T Pro və Mi 10T modellərini təqdim edib.
Çinin smartfon istehsalçısı Xiaomi şirkəti Mi 10T Pro və Mi 10T modellərindən ibarət yeni flagman seriyasını ictimaiyyətə təqdim edib. 108 meqapiksel kameraya sahib ilk smartfonunu təqdim edən Xiaomi Mi 10T Pro ilə markanın ultra-yüksək təyin etmə mirasını OIS və 8K video dəstəyi ilə davam etdirir. Mi 10T 64 MP əsas kameraya, hər iki model də 13 MP ultra-geniş bucaqlı kamera və 5 MP makro kamera ilə birlikdə üçlü kamera setinə sahibdir. Modellərin ön kamerası isə 20 meqapikseldir.
Ön və Arxa kamera ilə eyni anda çəkiliş imkanı
Mi 10T Pro və Mi 10T modellərində yer verilən "Video Clones" adlı yeni video funksiyasının sayəsində istifadəçilər iki fərqli kadrı eyni videoda birləşdirə biləcəklər. "Dual Video" funksiyası isə cihazın həm ön, həm arxa kameralarından eyni anda çəkiliş imkanı yaradacaq.
Qiymətlər
Mi 10T Pro modeli üçün başlanğıc qiyməti 700 dollar, Mi 10T modeli üçün isə 600 dollar müəyyənləşib.
Həmçinin oxu: Samsung yeni smartfon modeli üçün təqdimat videosu yayımladı
Bizi sosial şəbəkələrdən izləyin!!