Çinin "Xiaomi" şirkəti 69 dəqiqə ərzində batareyası tam dolan yeni flaqman smartfonu "Mi 9 Pro 5G" modelini təqdim edib.
Bu barədə "The Verge" internet portalı məlumat verib.
Əvvəlki modeldən fərqli olaraq, yeni smartfon beşinci nəsil şəbəkə standartını (5G) dəstəkləyir. Smartfon "Snapdragon 855+" çipseti və 6,4 düymlük OLED displey ilə təchiz edilib. "Mi 9 Pro 5G"nin qiyməti komplektləşdirilməsindən asılı olaraq 520 dollardan 605 dollar arasında dəyişəcək.
Bu smartfonların ilk partiyasının satışına Çində başlanacaq.
Report.az