Xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 20%-ə yaxınlaşıb | Banco.az

Xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 20%-ə yaxınlaşıb

Azərbaycanda kreditlərin dollarlaşma azalmaqda davam edir. 

Məlumata görə, bu il martın 1-nə ölkə üzrə kredit portfelinin 39,4%-ni xarici valyutada, o cümlədən ABŞ dollarında verilmiş kreditlər təşkil edib. Bu nisbət fevralın 1-nə 40,8%, ilin əvvəlinə isə 40,9% olub. 

Ən sərfəli kredit üçün müraciət et

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Fevralın sonuna xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 19,6% təşkil edib. Bu nsibət yanvarın sonuna 18,7%, ötən ilin sonuna isə 17,4% təşkil edib.