Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti uğurlu addım ataraq ABŞ-nin iri banklarından biri olan Bank of New York Mellon bankında müxbir hesablar açıb.
Xalq Bankın beynəlxalq müxbir əlaqələr şəbəkəsinin genişləndirilməsinə xidmət edən bu əməkdaşlıq həm də Bankın beynəlxalq maliyyə bazarlarında yüksək işgüzar reputasiyasını təsdiqləyir. Qeyd edək ki, ABŞ bankında müxbir hesabın açılması Xalq Bank müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli icrasına imkan verəcək.
ABŞ-ın ən qədim banklarından sayılan Bank of New York Mellon 1784-cü ildə təsis edilib. Hazırda bankın 40-dan çox ölkədə nümayəndəlikləri fəaliyyət göstərir.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.