"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb | Banco.az

"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

Bu barədə CNN məlumat yayıb.

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

Ən sərfəli kredit üçün müraciət et

“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb. 

Report.az