Tamara Mustafayeva, Banco.az
Mesajlaşma nəhəngi bir müddətdir ki, sınaq mərhələsində olan "Səbətlər" funksiyasını aktivləşdirdiyini elan edib.
Xüsusən də pandemiyanın başlaması ilə e-ticarət sektorunda sürətli inkişaf tempi müşahidə edilir. Facebook şirkətinin də bu tendensiyadan geri qalmaq istəmədiyi aydındır. Odur ki, şirkət tabeliyində olan WhatsApp mesajlaşma tətbiqində yaxın günlərdə istifadəyə verilən alış-veriş bölməsinə yeni funksiya əlavə edib. "Səbətlər" adlı funksiya alış-veriş xidmətini daha yüksək səviyyəyə çatdıracaq.
WhatsApp açıqlamasında sözügedən funksiyadan istifadənin çox asan olduğunu vurğulayıb. İstifadəçilər istədikləri məhsulları tapıb "səbətə əlavə et" seçiminə klikləyəcəklər. Proses başa çatdıqdan sonra isə tətbiq vasitəsilə məhsulları təklif edən müəssisələrlə mesajlaşma imkanı təmin ediləcək.
Həmçinin oxu: Federal Məhkəmə TikTok platforması ilə bağlı qərar verdi
Bizi sosial şəbəkələrdən izləyin!!