Müəllif: Gülnar Əhmədli, Banco.az
Visa və Mastercard dünyada ən məşhur ödəniş sistemləri arasındadır. Banklar kredit kartı əməliyyatları üçün Visa və ya Mastercard infrastrukturundan istifadə edirlər. Bu iki ödəniş sistemi əksər məkanlara və POS cihazlarına uyğun gəldiyi üçün kartınızdan problemsiz istifadə etməyə imkan verir.
Bu iki maliyyə korporasiyasının məqsədi pul vəsaitlərinin hərəkətini kredit və debet kartları sisteminə keçirməkdir. Təbii ki, VISA və Mastercard kimi brendlər bu əməliyyatları həyata keçirərkən banklardan müəyyən komissiyalar alırlar.
Hər ikisi Amerika mənşəlidir. Visa baş qərargahı ABŞ-də yerləşən Amerika çoxmillətli maliyyə xidmətləri şirkətidir. Bank of America tərəfindən 1958-ci ilin sentyabrında BankAmericard kredit kartı proqramı kimi istifadəyə verilmişdir. Mastercard baş ofisi ABŞ-də yerləşən başqa bir Amerika çoxmillətli maliyyə xidmətləri şirkətidir. Hər iki şirkət milyonlarla istehlakçıya və sahibkara xidmət göstərən qlobal miqyasda ödəniş həlləri təqdim edir. Buna görə də həm Visa, həm də Mastercard Amerika maliyyə xidmətləri sənayesinin mühüm nümayəndələridir.
VISA
Nəhəng şirkət hazırda 4000-dən çox Avropa bankına xidmət göstərir. Əsasən əvvəlcədən ödənişli kartların infrastrukturuna cavabdeh olan Visa bu gün ən vacib və populyar ödəniş sistemlərindən biridir.
Mastercard
Mastercard uzun illərdir ki, müştərilərinə kart ilə ödəniş imkanı təklif edir. Çip ödəmə sistemini təqdim edən ilk infrastruktur sistemlərindən biri olan Mastercard VISA ilə birlikdə ən çox seçilən ödəniş sistemlərindəndir.
VISA və Mastercard arasındakı fərqlər
VISA və Mastercard-dan başqa fərqli bank infrastrukturundan istifadə edən biznesləri və ya insanları tapmaq bir qədər çətindir, çünki bu iki brend hazırda mövcud bazarın təxminən 70%-nə sahibdir. Başqa sözlə, VISA və Mastercard infrastrukturuna malik kartlar demək olar ki, hər yerdə qəbul edilir.
Bu iki marka arasında bankomatdan istifadə baxımından böyük fərq olmasa da, digər məsələlərdə aralarında bir neçə fərq var. Məsələn, VISA və Mastercard arasındakı əsas fərq kart nömrəsidir. Hər ikisinin 16 rəqəmli kart nömrələri var, lakin VISA kartları həmişə 4, Mastercard kartları isə həmişə 5 rəqəmi ilə başlayır.
Visa ödəniş sistemi üçün əsas valuta ABŞ dollarıdır. Bu o deməkdir ki, valyuta konversiya ilə bağlı bütün əməliyyatlar dollardan keçəcək. MasterCard ödəniş sistemi üçün əsas valyuta həm ABŞ dolları, həm də avro ola bilər. Yəni əməliyyatlar həm dollardan, həm də avrodan keçə bilər. Bu barədə daha ətraflı məlumat linkdə qeyd edilib: https://bit.ly/480qNDW
Göründüyü kimi, Mastercard və VISA arasında kiçik detallar istisna olmaqla, böyük bir fərq yoxdur. Bu səbəbdən Azərbaycanda seçdiyiniz kartın VISA və ya Mastercard olmasının xərclərinizə heç bir təsiri yoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!