Verilmiş sığorta ödənişlərinin sığorta sinifləri üzrə 3 illik analizi (2018, Aprel) | Banco.az

Verilmiş sığorta ödənişlərinin sığorta sinifləri üzrə 3 illik analizi (2018, Aprel)

Palatanın 2018-ci il aprel göstəricilərinə əsasən 78 milyon 498 min sığorta ödənişi toplanmışdır. Verilmiş sığorta ödənişlərinin 73%-i könüllü (56 mln 937 min manat), 27%-i (21 mln 562 min manat) icbari sığortanın payına düşür. 

Əgər könüllü sığorta ödənişi üzrə 3 illik trendə nəzər salsaq, 2016-cı ilin aprelindən bu yana 11% artım müşahidə edirik.

İcbari sığortada isə bu rəqəm 31%-dir.

Könüllü sığortanın 54%-i həyat sığortası, 46%-i qeyri-həyat sığortasıdır. Qeyri-həyat sığortasına daxil olan şəxsi sığorta 85%, əmlak sığortası isə 15% paya sahibdir.  İcbari sığortanın  isə 94% -ni qeyri həyat sığortası, 6%-ni isə həyat sığortası təşkil edir. 

Könüllü sığorta (min manatla)

İcbari sığorta (min manatla)

Həyat sığortası

Qeyri-həyat sığortası

Həyat sığortası

 Qeyri-həyat sığortası

30 813

 26 123

1 358

 20 204

 

 Şəxsi

Əmlak

 

 

22 122

4 002

 

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov. Banco.az