Universitetlərdə PowerPointlə təqdimat qadağan olunmalıdır? | Banco.az

Universitetlərdə PowerPointlə təqdimat qadağan olunmalıdır?

ABŞ-da kompyuter elmləri və mühəndislik ixtisası üzrə təhsil alan 105 tələbə arasında sorğu keçirilib. Sorğunun nəticəsi göstərib ki, tələbələr elektron təqdimat əsasında keçirilən dərsin keyfiyyətindən razı deyillər.

Son zamanlar belə bir fikir gəzir ki, PowerPoint proqramı ilə tədris tələbələri kor, professorları isə çox bezdirici edir.

Belə tədrisə qarşı çıxanlar, fikirlərini onunla əsaslandırırlar ki, tələbələr kitablardan, elmi məqalələrdən, araşdırma tipli məsələlərdən getdikcə uzaqlaşır. Həmçinin, onlar bu yolla öyrədilən predmeti kompleks şəkildə dərk edə bilmirlər.

Ən sərfəli kredit üçün müraciət et

Çünki, slaydlar vasitəsilə onlara yalnız, məhdud məqamlar, qısa şüarlar və abstrakt fiqurlar nümayiş olunur. Onlar əsas məğzi aydın dərk edə bilmirlər. Bunun nəticəsində, tələbələrdə məsələyə kompleks yanaşma qabiliyyəti yadırğayır.

Tələbələr istədikləri detalları bu yolla əldə edə bilmirlər. əgər onlara universitetlərdə ancaq slaydlar göstəriləcəksə, onda dərslərdə iştirak etmək onların nəyinə lazımdır? Evlərində, öz çarpayılarında uzanaraq, rahat şəkildə bu materialları internetdən yükləyərək də əldə edə bilərlər.