Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar dəyərində hərbi yardım paketi göndərməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Associated Press” məlumat yayıb.
Məlumata görə, bu paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəşi sistemləri, həmçinin 105 və 155 mm-lik mərmilər, tank əleyhinə “Javelin” sistemləri, digər avadanlıq və onlar üçün ehtiyat hissələri daxil olacaq.
Bundan əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Vaşinqton yaxın günlərdə Kiyevə hərbi yardımın yeni partiyasını elan etməyi planlaşdırır.