Müəllif:Ayşən İmanova/Banco.az
Avrozonada istehlak qiymətləri oktyabrda illik ifadədə 2% artıb.
Banco.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsinin hesabatında deyilir.
Beləliklə, inflyasiya 1,7% təşkil edən sentyabr ayı ilə müqayisədə daha da sürətlənib.
Avrozonada ərzaq, alkoqol və tütün məmulatlarının bahalaşması oktyabrda sentyabrdakı 2,4%-dən 2,9%-ə, xidmətlərin qiymətinin artması isə 3,9%-dən 4%-ə qədər sürətlənib. Sənaye məhsulları oktyabrda 0,5% (sentyabrda +0,4%) bahalaşıb, enerji resursları isə 4,6% (sentyabrda -6,1%) ucuzlaşıb.
Oktyabrda aylıq ifadədə inflyasiya 0,3% təşkil edib ki, bu da ekspertlərin ilkin qiymətləndirməsi və proqnozu ilə üst-üstə düşüb. Sentyabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,1% azalıb.