Unicapital-dan dünya və Rusiya iqtisadiyyatına fəsadları və gözləntilər barədə analiz | Banco.az

Unicapital-dan dünya və Rusiya iqtisadiyyatına fəsadları və gözləntilər barədə analiz

Unicapital-dan dünya və Rusiya iqtisadiyyatına fəsadları və gözləntilər barədə analiz

Müharibənin dünya və Rusiya iqtisadiyyatına təsirini analiz edək:

1. Rusiyanın iqtisadi cəhətdən zəifləməsi. Rusiyanın suveren kredit reytinqi dünyanın aparıcı 3 kredit agentlikləri tərəfindən dəyişdirilib. Belə ki, S&P və Fitch Rusiyanın kredit reytinqini BBB- dan qeyri investisiya dərcəsi olan BB+ endirib. Moody isə hələ ki, reytinqi saxlayaraq , onu neqativə qoyub, bu isə o deməkdir ki, yaxın günlərdə reytinq endirilə bilər. Həmçinin S&P tərəfindən Ukraynanın kredit reytinqi B dən B- endirilib. Rusiyanın kredit defolt spredi 917-yə qalxdıqdan sonra düşərək 553-də qərarlaşıb. Bütün baş verənlər və yuxarıda sadalanan sanksiyalar Rusiya iqtisadiyyatına çox böyük neqativ təsir edəcək və iqtisadi artımı ləngidəcək. Rubl güclü ucuzlaşacaq. Rusiya yüksək inflyasiya ilə üz-üzə qalacaq. Rusiya əhalisi olmaqla bütün iqtisadi sahələr bu sanksiyalardan əziyyət çəkəcək.

2. Digər ölkələr, xüsusi ilə avropa iqtisadiyyatı da bundan zərər görəcək: Rusiya ilə münasibətlərin korlanması digər ölkələr üçün də fəsadsız ötüşməyəcək. İqtisadiyyat müəyyən bağlantılar üzərində qurulur. Mümkün deyil ki, bir tərəf iqtisadi cəhətdən əziyyət çəkdiyi halda bu digər iqtisadi tərəfdaşlara təsirsiz ötüşsün. Bütün bu baş verənlər ölkələrin yüksək bir inflyasiya problemi ilə üzləşdiyi dönəmlərdə daha da risklər yaradır. İlk növbədə qazın və neftin qiyməti qeyri müəyyənliklər fonunda daha da artacaq və bu da inflyasiyanın sürətlənməsinə təkan verəcək. Avropa nə qədər çalışsa da hələ ki, Rusiyanın təbii ehtiyatlarından asılıdır, xüsusi ilə qazından.

Baş verənlər həmçinin buğdanın da qiymətinin qalxmasına təkan verib.

3. Dünyada mərkəzi bankların faiz artımları sürətlənəcək: Bu il bir çox mərkəzi banklar faiz artımlarına gedəcək. Əvvəlki yazılarımda qeyd etmişdim ki, inflyasiyanın hazır ki, dönəmdə qarşısının alınması səbəblərindən biri ölkələrin valyutalarını gücləndirməkdir. Bunun ən əsas səbəbi odur ki, inflyasiyanın ən başlıca mənbəyi idxal inflyasiyasıdır. Bu baxımdan ABŞ – da faiz artımları başladığı təqdirdə digər dövlətlərdə valyutalarını dəyər itirməkdən qorumaq üçün daha tez faiz artımlarına getmək məcburiyyətində qalacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

4. Dünya iqtisadiyyatında iqtisadi artımın azalması: Mövcud qeyri müəyyənlikər və yaranmış vəziyyət bu il dünya iqtisadiyyatında gözlənilən artımı azaldacaq. Bunun ən başlıca səbəbi isə dünya iqtisadiyyatının bir-birindən asılı olmasıdır.

5. Yüksək volatillik və bəzi xammal məhsullarının qiymətində artım: Bu il də yüksək volatillik ilə qarşı-qarşıya qalacaq. Bu bütün maliyyə alətlərinın, xüsusilə səhm və xammal bazarına təsirsiz ötüşməyəcək. Bu səbəbdən bəzi metallarda, xüsusi ilə qızılın qiymətində kəskin qalxıb düşmələr istisna edilmir. Həmçinin neftin qiymətində artım istisna edilmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram