Uğurlu övlad yetişdirmək üçün bu üç sualı mütləq onlara verin! | Banco.az

Uğurlu övlad yetişdirmək üçün bu üç sualı mütləq onlara verin!

Müəllif - Aida İsaq, Banco.az

Uşaqlar nə qədər bağçada, məktəbdə yeni insanlarla, vərdiş və bacarıqlarla tanış olsalar da, əslində onların inkişafının tamamlanması ailə sayəsində baş verir. Övladların ilk qəhrəmanları olan ata və anayla qurulan münasibətlər əslində bütün hisslərin, qərarların, xarakterin, prinsip və hədəflərin, həmçinin bir çox addımların ilk başlanğıcı olar. Odur ki, uğurlu və cəsarətli şəxsiyyət yetişdirmək üçün uşaqlarınıza bu üç sualı mütləq verin.

Bu gün cəsarətli olan hansı addımları atdın?

Övladlarınıza cəsarətin kiçik addımladan başladığını xatırladın. Onlara hansı məqamlarda güclü olduqlarını, yaxşı xüsusiyyətlərinin nələrdən ibarət olduğunu müzakirə edin. Bu gələcəkdə problemlərlə qarşılaşdıqda və ya yeni addımlar atmağa hazırlaşdıqda böyük əhəmiyyət daşıyacaq.

Bu gün nə qədər mehriban davrandın?

Səmimiliyin, nəzakətin bütün yaşlarda önəmli olduğunu onlara aşılayın. Bu hər yaşda övladlarınıza əsl dost tapmaqlarına dəstək olacaq. Həmçinin unutmaq olmaz ki, incə davranışlar hər zaman insana bənzərsiz dəyərlər qazandırar.

Bu gün sənin üçün uğursuz olan nə baş verdi?

Ən sərfəli kredit üçün müraciət et

Səhvləri müzakirə etmək, onları düzəltməyə çalışmaq insan həyatı üçün ən önəmli məsələlərdəndir. Çünkü yalnış hesab olunan addımlar danışılmadıqca gələcəkdə daha böyük səhvlərə və ya özgüvənsizliyə səbəb olar. Övladlarınızla maksimum şəkildə söhbət etməyə çalışın. İnsan danışdıqca və dinlənildikcə özünü xoşbəxt, hüzurlu hiss edər.

Son olaraq qeyd edək ki, övladlarınıza sözün əsl mənasında zaman ayırmağı ertələməyin. Onlar üçün həmişə möcüzəli qəhrəmanların yaşadığını və onların siz olduğunu mütləq hiss etdirin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram