Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci rübündə Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 261 milyon 408 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 28 milyon 31 min dollar azdır.
Hesabat dövründə Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,3%-dən 17,3%-ə enib.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 289 milyon 439 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!