Türkiyədə otel qiymətlərində artım davam edib | Banco.az

Türkiyədə otel qiymətlərində artım davam edib

Yay mövsümünün ardından Türkiyədə otel doluluğu və qiymətlərdəki artım davam edib. 

Avqust ayının ardından doluluq nisbətlərindəki artım sürəti yavaşlasa da yüksəliş sentyabr ayında da davam edib. 

Qlobal məlumat və analiz şirkəti STR-in Türkiyə Otelçilər Birliyi (TÜROB) üçün hazırladığı hesabata görə, "Average Daily Rate (ADR)" olaraq adlandırılan gündəlik satılan otaq qiyməti keçən ilin eyni ayı ilə müqayisədə 11,1% artımla orta hesabla 84,4 avroya yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Cəmi otaq sayı üzərindən otaq başına əldə edilən gəlirlər (RevPAR) isə 17,6% artımla 63,1 avro təşkil edib.

2019-cu ilin Sentyabr ayında Türkiyədə otel doluluğu nisbəti, 2018-ci ilin eyni ayı ilə müqayisədə 5,8% artaraq 74,9% təşkil edib.

2019-cu ilin Yanvar-Sentyabr  dövründə də keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyə daxilində ortalama doluluq nisbəti 2,1% artımla 68,1%, ortalama otaq qiyməti 11,4% artımla 80,1 avro, otaq gəlirləri isə 13,8% artımla 54,5 avro təşkil edib.

marja