Müəllif: Gülnar Əhmədli, Banco.az
"TuranBank" cari ilin yanvar-sentyabr aylarında 1 milyon 665 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 9 ayda Bankın aktivləri 28 milyon 820 min manat (3,5%) artaraq 851 milyon 593 min manata çatıb.
Bankın kredit portfeli bu dövr ərzində 21 milyon 427 min manat və ya 3,4% artaraq 650 milyon 783 min manata çatıb.
30 sentyabr tarixinə Bankın depozit portfeli isə 436 milyon 923 min manat təşkil edib. Bunun da 367 milyon 145 min manatı fiziki şəxslərin depozitləri, 69 milyon 777 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!