Transmilli şirkətlərə qoyulan vergilərə dəyişiklik olunacaq
Hökumətlər Google, Apple və Facebook kimi transmillətli şirkətlərin vergi məsələlərində daha çox səlahiyyətə sahib olacaq.
Bu proses İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanan islahat layihəsinə əsaslanır.
Günümüzdə texnologiya nəhəngləri gəlirlərinin təxminən yarısını İrlandiya kimi aşağı vergi dərəcəsi tətbiq edən ölkələrə yatırırlar.
Həmçinin oxu: Avropada ən yüksək turist vergisi bu şəhərdə tətbiq olunacaq
Təşkilatın nəşr etdiyi plana əsasən, hökumətlər müəyyən bir ölkədə korporasiya fəaliyyətinin həcmindən asılı olaraq şirkətlərin mənfəətinə vergi yükünün həddini təyin edə biləcək. Mövcud plana görə, bu vəziyyətdə şirkətin qazancı 750 milyon avrodan çox olmalıdır. Söhbət pərakəndə ticarətlə məşğul olan şirkətlərdən gedir. “Böyük iyirmilik” (G20) maliyyə nazirləri bu təklifləri gələn həftə keçiriləcək Vaşinqton görüşündə müzakirə edəcəklər.
Bu il 130-dan çox ölkə vergi islahatının keçirilməsi fikrini təsdiqləyib və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından xahiş edib ki, islahatın layihəsini hazırlasın. Razılaşmanın 2020-ci ildə imzalanacağı gözlənilir.
Həmçinin oxu: Kiçik biznesə tətbiq olunan vergilərin məbləği artacaq
Nigar Umaxanlı, Banco.az