TikTok yeni əməkdaşlıq çərçivəsində musiqi kataloqunu zənginləşdirir | Banco.az

TikTok yeni əməkdaşlıq çərçivəsində musiqi kataloqunu zənginləşdirir

Tamara Mustafayeva, Banco.az

TikTok platforması istifadəçilərə yeni musiqilərlə video yayımlamağa imkan yaratmaq üçün Sony Music şirkəti ilə müqavilə imzalayıb.

Məlum olduğu kimi, TikTok istifadəçilərin əyləncəli videolar yayımladığı bir sosial media platformasıdır. Burada yayımlanan videoların əksəriyyətində populyar musiqilərdən istifadə edilir. Ancaq sosial şəbəkələrdə yayımlanan videolarda istifadə edilmiş musiqilərin lisenziyalı olması zəruridir. TikTok da bu səbəbdən sektorun aparıcı şirkətlərindən biri olan Sony Music ilə lisenziya müqaviləsi imzalayıb.

Qeyd edək ki, Sony daha əvvəl imzaladığı oxşar müqavilərdən külli miqdarda qazanc əldə edib. TikTok platformasının da hazırda Warner və Universal kimi sektorun digər aparıcı şirkətləri ilə lisenziya müqavilələri mövcuddur.

Həmçinin oxu: TikTok və Shopify əməkdaşlığa başladı

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram