Tamara Mustafayeva, Banco.az
Son dövrlərin ən populyar sosial media platformalarından biri olan TikTok-da ən çox qazanan şəxslərin adları məlum olub. Siyahıdakılar 2020-ci ildə ən az 3.5 milyon dollar qazanıblar.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "Rave Reviews" adlı bir şirkət TikTok platformasının ən çox qazanan şəxslərini araşdırıb. TikTok istifadəçi sayı baxımından milyarderlər klubuna daxil olmağa hazırlaşarkən platformanın fenomen istifadəçilərinin də gəlirləri artır.
Siyahı aşağıdakı kimidir:
- Spencer X (Əyləncə) - 3.5 milyon dollar
- Q Park (Əyləncə) - 5.2 milyon dollar
- Loren Gray (Performans) - 5.3 milyon dollar
- Dixie D’Amelio (Performans) - 6.5 milyon dollar
- Kira Kosarin (Performans) - 6.6 milyon dollar
- Avani Gregg (Performans) - 6.7 milyon dollar
- Joe Albanese (Əyləncə) - 8.7 milyon dollar
- Addison Rae (Performans) - 14.7 milyon dollar
- Charli D’Amelio (Performans) - 18.2 milyon dollar
- Michael Le (Performans) - 20.4 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!