TikTok nəhayət Oracle və Walmart ilə razılıq əldə etdi | Banco.az

TikTok nəhayət Oracle və Walmart ilə razılıq əldə etdi

Tamara Mustafayeva, Banco.az

TikTok platformasının sahibi olan BtyeDance şirkəti dünyanın ikinci ən böyük proqramlaşdırma şirkəti Oracle və pərakəndə nəhəngi Walmart ilə razılıq əldə edib.

Bu razılığa görə, ABŞ-ın Oracle və Walmart şirkətləri Çinin ByteDance şirkətinə məxsus 20%-lik səhmləri satın alacaq, beləliklə də, TikTok platformasının Amerika əməliyyatlarını idarə edəcəklər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən üç şirkətin əməkdaşlığı çərçivəsində inzibati mərkəzi ABŞ-da yerləşəcək "TikTok Global" yaradılacaq. Yeni yaradılacaq qurumun idarə heyətinə ByteDance şirkətinin təsisçisi Zhang Yiming, Walmart şirkətinin CEO-su Doug McMillon və ByteDance-ın digər direktorlarının daxil olacağı bildirilib.

Hazırki plana əsasən, TikTok platformasının hər hansı bir alqoritm və ya texnologiya transferi həyata keçirməsinin nəzərdə tutulmadığı, Oracle şirkətinin təkcə platformanın ABŞ-dakı mənbə kodlarına təhlükəsizlik çıxışının olacağı qeyd edilib.

60 milyard dollar dəyər qazancı gözlənilir

Oracle və Walmart tərəfindən həftə sonu edilən açıqlamaya görə, bir il ərzində ABŞ-da səhmlərinin satışa çıxarılması planlaşdırılan "TikTok Global"-ın ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən dünya mətbuatında yayılan xəbərlərə əsasən bu əməkdaşlıqdan sonra TikTok platformasının 60 milyard dollar dəyər qazanacağı proqnozlaşdırılır. 

Həmçinin oxu: ABŞ-da TikTok qadağası təxirə salındı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram