Telefonun kreditdə olub-olmadığını bu asan üsulla öyrənə bilərsiniz | Banco.az

Telefonun kreditdə olub-olmadığını bu asan üsulla öyrənə bilərsiniz

Qısa müddət ərzində telefonun kreditdə olub-olmadığını öyrənmək üsulunu təqdim edirik.

Bunun üçün ilk olaraq Imei.az saytına daxil olmaq lazımdır.

Daha sonra telefonun imei kodunu "kodu daxil et" bölməsinə əlavə edirik.

Əgər telefonda hər şey qaydasındadırsa GSM lə bağlı hər hansı problem yoxdursa, “Daxil etdiyiniz IMEI nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur. Qeydiyyatdan keçib, istifadəsinə icazə verilib" bildirişi göndərilir.

Telefonun kreditdə olub-olmadığını bilmək üçünsə, eynilə imei kodunu müvafiq bölməyə daxil etdiyiniz zaman, yuxarıda qeyd etdiyimiz bildirişin sonunda "Cihaz bu müəssisə tərəfindən müvəqqəti istifadəyə verilib" ifadəsi də əlavə olaraq qarşınıza çıxacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu da telefonun kreditdə olduğunun göstəricisidir.

Ancaq bir məqamı qeyd etmək lazımdır ki, bu bildiriş, telefon mağazanın kredit sisteminə daxil olduğu halda göstərilir.

“Qeydiyyatdan keçirilməyib” sözü ilə qarşılaşsanız, bu, telefonun sistemə hələ daxil olmadığının göstəricisi ola bilər və ehtiyatlı olmağa dəyər.

Qeyd edək ki *#06# kodunu yıgmaqla mobil telefonunuzun imei kodunu öyrənə bilərsiniz.

Ted.az