Tamara Mustafayeva, Banco.az
Amerikanın transmilli fast-fud restoranlar şəbəkəsi Burger King koronavirusun hökm sürdüyü 2020-ci ili dərhal geridə qoymağı istəyir. Belə ki, şirkət hələ iyul ayını yaşamağımıza baxmayaraq, 2021-ci ili qarşılamaq üçün YENİ İL reklamı yayımlayıb.
DAVID Miami & DAVID São Paulo reklam agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "İyul ayında YENİ İL" kampaniyası ilə Burger King şirkəti rəsmi sosial media hesabları və mobil tətbiqi vasitəsilə insanların yeni ilini təbrik etməyə başlayıb. Florida ştatında fəaliyyət göstərən restoranlardan birini də yeni il aksesuarları ilə bəzəyən fast-fud nəhəngi müştərilərə yeni ilə özəl menyu və qiymət endirimləri də təklif edir.
Həmçinin oxu: Burger King McDonald`s ilə arasına sosial məsafə qoydu
Bizi sosial şəbəkələrdən izləyin!!