Süni İntellekt texnologiyasına böyük yatırımlar edən Landing Al şirkəti pandemiyanın yayılmasının qarşısını almaq üşün yeni texnologiya hazırlayıb.
Hazırda geniş miqyasda vüsət almış koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasına əngəl olmaq üçün müxtəlif sektorlar öz sahələri üzrə müəyyən addımlar atırlar. Səhiyyə sektorunun vaksin və digər lazımi dərman preparatlarının hazırlanması ilə məşğul olduğu bir vaxtda texnologiya şirkətləri pandemiya ilə mübarizə məqsədilə ianə kampaniyaları təşkil edir və müxtəlif tədbirlər görürlər.
Pandemiyadan ən çox zərər çəkən ölkələr də virusun yayılma nisbətini azaltmaq üçün yeni işlər görməyə davam edirlər. Dünyanın hər yerində mütəxəssislər insanları virusun daha çox yayılmaması üçün sosial məsafə saxlamağa diqqət etməyə çağırırlar.
Bu məsafənin saxlanması üçün isə yeni bir texnologiya hazırlanıb. Süni İntellekt texnologiyasına qoyduğu sərmayələrlə tanınan Landing Al şirkəti insanlar arasında sosial məsafə saxlamağa xidmət edən yeni sistem üzərində çalışır. Sistem kamera məlumatlarını süni intellekt alqoritmi ilə emal edərək insanların arasındakı məsafəni hesablayır.
Süni intellekt texnologiyası insanların ətrafında düzbucaqlı yaradır və bir-birləri arasında saxlanmalı olan məsafəni rəngləndirərək göstərir. Yaşıl rəng sosial məsafənin saxlandığını, qırmızı rəng isə pozulduğunu işarə edir.
Landing Al mütəxəssisləri bu texnologiyanın xüsusilə insan sıxlığı olan iş yerlərində sosial məsafəni müəyyən etməkdə yardımçı olacağını qeyd edirlər. E-ticarət nəhəngi Amazon şirkətinin də anbarlarında oxşar texnologiyadan istifadə etdiyi deyilir.
Sözügedən süni intellekt texnologiyalı sistemin necə işlədiyini aşağıdakı videodan aydın görə bilərsiniz.
Həmçinin oxu: Instagram-a daha bir yeni funksiya gələcək
Tamara Mustafayeva, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!