Starbucks Çindən Kanadaya qədər 65 ölkədə 21 mindən çox mağazası olan məşhur kofe restoranları şəbəkəsidir. Dünyanın müxtəlif yerlərindəki bu restoranlara gedib kofe sifariş verən çox insanın başına gələn oxşar hadisə isə stəkanın üzərinə adlarının səhv yazılmasıdır.
İnsanlar bu vəziyyətin bəzən baristanın bir zarafatı olduğunu, bəzən isə “adımı necə anlamayıb?”, “belə asan adı necə yaza bilməz axı” deyə düşünürlər. Tez-tez təkrarlanan bu problemin səbəbi sizcə, həqiqətən də məhz belədirmi?
Youtube da fəaliyyət göstərən “Super Deluxe” adlı kanal mövzu ilə bağlı aşağıdakı fikri irəli sürür.
Dünyanın ən böyük kofe restoranları şəbəkəsi olan Starbucks hər il milyonlarla insanın kofe stəkanlarının üzərinə adlarını bilərək səhv yazır. Bəs, insanlar bu halda nə edirlər? Adlarının səhv yazıldığı stəkanların şəklini çəkir və dostlarına göndərir yaxud sosial şəbəkələrdə paylaşırlar.
Bütün bu şəkillərin ortaq özəlliyi nədir? Səhv yazılmış, söz oyunu olan bir ad və stəkanın üzərindəki yaşıl, böyük Starbucks loqosu.
Hər birimiz əslində, illərdir ki, həmin şəkilləri paylaşaraq Starbucks şirkətinin marketinq fəndinə xidmət edirik.
Starbucks isə bu iddianı təkzib edir ki, onsuz bu sadəcə bir fərziyyədir.
Bir neçə il əvvəl Cosmopolitan jurnalına müsahibə verən bir baristanın dedikləri isə sözügedən fikri gücləndirir.
“Hər kəs belə edirmi, bilmirəm, ancaq müdirdən soruşduğum zaman əksər Starbucks işçilərinin bunu marketinq vasitəsi olaraq istifadə etdiklərini etiraf etmişdi. Çünki insanların çoxu üzərində adlarının düzgün yazıldığı starbucks stəkanın şəklini sosial şəbəkələrdə paylaşmazlar.”
Həmçinin oxu: İtaliyanın ilk “Starbucks”-ı göz qamaşdırdı
Tamara Mustafayeva, Banco.az