S&P: Azərbaycan kifayət qədər güclü xarici kreditor mövqeyini qoruyub saxlayır | Banco.az

S&P: Azərbaycan kifayət qədər güclü xarici kreditor mövqeyini qoruyub saxlayır

"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini "ВВВ-/А-3" səviyyəsində reytinq üzrə "Sabit" proqnozla təsdiqləyib.

Reytinq agentliyinin bazar ertəsi yaydığı məlumatda deyildiyi kimi, Azərbaycanın suveren reytinqlərinin təsdiqlənməsi S&P-nin belə bir rəyini əks etdirir ki, ölkədə neft hasilatı ilə bağlı gəlirlərin sürətli artımının qeydə alındığı əvvəlki dövrlə müqayisədə tədricən pisləşməsinə baxmayaraq, hökumətin genişləndirilmiş təmiz aktivlərinin göstəriciləri və onun xarici kreditor mövqeyi kifayət qədər güclü olaraq qalır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir: "Genişləndirilmiş hökumətin gözlənilən büdcə kəsirinə və borc həcminin tədricən artmasına baxmayaraq, biz hesab edirik ki, bütovlükdə Azərbaycanın büdcə göstəriciləri ən yaxın iki ildə yüksək olaraq qalacaq".

Mənbə: trend.az