İnsanların bir-birilə əlaqə qurmağının ən rahat yolu sosial şəbəkələrdən istifadədir. 2019-cu il may ayınadək dünya əhalisinin 7.7 milyard olduğunu nəzərə alaraq, onun 4.4 milyardı internet istifadəçisidir. Bunun isə 3.5 milyardı isə sosial media istifadə edir. Regionlar üzrə baxdıqda ən çox sosial şəbəkə istifadəçiləri Latın Amerikası ölkələridir ki, burda yaşayanlar təxminən vaxtlarının 3 saat 32 dəqiqəsini sosial şəbəkələrə sərf edir. Ölkə baxımından baxdıqda isə sosial mediada gün ərzində 4 saatını keçirən filippinlilər ölkələr sırasına birinci yerdədir.
Həmçinin bax: İnternetdən ən çox nə üçün və harda istifadə edirik?
Ən çox istifadə edilən sosial şəbəkələr Facebook, İnstagram, Youtube, Snapchat və Twitter arasında müqayisə aparsaq, Facebookda daha çox vaxt keçirildiyini görərik. Facebookda hər saniyədə 6 yeni profil açılır və bu sosial şəbəkənin istifadəçilərinin 74%-i hər gün öz hesablarını yoxlayırlar. İnstagramda isə Facebookda 5 dəqiqə az, yəni gün ərzində 53 dəqiqə vaxt keçirilir. Snapchat və İnstagram isə 18-24 yaş arasında olanlar üçün daha maraqlıdır. Ən az istifadə edilən isə 3 dəqiqə vaxtla Twitterdir. 100-dən çox işçisi olan Amerika şirkətlərinin 65.8%-i Twitterdən marketinq məqsədilə istifadə edir.
Orta ömür müddətini 72 il götürdükdə, insan bu müddətin 1 il 10 ayını Youtube, 1 il 7 ayını Facebook, 1 il 2 ayını Snapchat, 8 ayını İnstagram və 18 gününü Twitterdə sərf edir. İnsan bütün həyatının ortalama 5 il 4 ayını sosial şəbəkələrdə keçirir. Bu müddət ərzində insan 32 dəfə aya gedib qayıda, 32 dəfə Everestə qalxa, 3.5 dəfə Çin səddini gəzə bilər.
İnsanlar gün ərzində ortalama 2 saat 23 dəqiqə sosial mediada vaxt keçirir. Bunun da ortalama 40 dəqiqəsini Youtube videolarına baxmaqla keçir. Facebook və WhatsApp vasitəsilə gün ərzində insanlar bir-birinə 60 milyard mesaj göndərir.
2012-ci ildən bəri 7 il müddətində sosial şəbəkələrdən istifadə müddəti 1 saat 30 dəqiqədən 2 saat 23 dəqiqəyə qədər atıb.
Tərlan Qəhrəmanova, Banco.az