Sosial məsafəni qorumaq üçün loqolarını dəyişən markalar hansılardır? | Banco.az

Sosial məsafəni qorumaq üçün loqolarını dəyişən markalar hansılardır?

Koronavirusun yayılmasının ilk günündən bütün mütəxəssislər bunun qarşısını almaq üçün sosial məsafənin vacib olduğunu vurğulayırdılar. Ancaq, hamı bu xəbərdarlıqlara əməl etmirdi və bəzi insanlar epidemiyanı ciddi qəbul etməyərək normal həyatlarını davam etdirirdilər. Bu, xüsusilə İtaliyada epidemiyanın çox tez yayılmasına səbəb oldu və nəticədə çox sayda insan həyatını itirdi.

Mövcud hadisələrdən dolayı məşhur markalar evdə qalmağı və sosial məsafəni qorumağa fokuslanmaq məqsədi ilə öz dəstəklərini göstəriblər.

Banco.az həmin markaların dəstək xarakterli yeniliklərini təqdim edir.

Audi

Alman avtomobil istehsalçısı Audi, loqosundakı bir-birinə bağlanmış halqaları ayıraraq bildirib: "Gəlin məsafəni saxlayaq. Bir-birimizə dəstək olaq." 

Coca-Cola

Dünyanın ən böyük içki şirkətlərindən biri olan Coca-Cola loqosundakı hərfləri bir-birindən ayıraraq öz dəstəyini nümayiş etdirib.

DHL

Ən sərfəli kredit üçün müraciət et

Alman logistika şirkəti DHL də loqosundakı hərfləri bir-birindən uzaqlaşdıraraq "sosial məsafəni qoruduğunuz üçün təşəkkür edirik" deyə vurğulayıb.

McDonalds

McDonaldsın Braziliyadakı şöbəsi sosial məsafənin əhəmiyyətinə diqqət çəkmək üçün loqotipini yaradan qızılı hissələri ayırıb. Eyni zamanda, McDonaldsın Braziliya şöbəsi loqosundakı dəyişdirilmiş versiyanı paylaşaraq portuqal dilində "Bir müddət birlikdə olmaq üçün ayrıldıq." şüarını qeyd edib.

Volkswagen

Almaniyanın başqa bir avtomobil istehsalçısı olan Volkswagen də loqosunu dəyişdirərək sosial məsafənin əhəmiyyətini vurğulayıb. Şirkət yayımlanan videoda, "W" hərfini bir-birindən ayıraraq "Məsafənizi qoruduğunuz üçün təşəkkür edirik" deyə müştərilərinə minnətdarlıq edib.

Aida İsaqBanco.az