Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ilin sonunda "Google" 25 illik yubileyini qeyd etdi. Bu səbəblə ən məhşur axtarış platformalarından biri olan "Google" 25 ildə ən çox axtarılmış məzmunları kateqoriyalar üzrə təqdim edib.
Banco.az siyahını təqdim edir:
1980-ci illər - ən çox axtarılan onillik
"Minecraft" - ən çox axtarılan video oyun
Hörümçək adam - ən çox axtarılan super qəhrəman
"Spongebob" - ən çox axtarılan cizgi filmi
Kristiano Ronaldo - ən çox axtarılan idmançı
Futbol - ən çox axtarılan idman növü
BTS - ən çox axtarılan oğlanlardan ibarət qrup
"Blackpink" - ən çox axtarılan qızlarda ibarət qrup
Teylor Svift - ən çox axtarılan bəstəkar
Beyonsun "Coachella" performansı - ən çox axtarılan səhnə performans
Eyfel qülləsi - ən çox axtarılan yer
Barbi - ən çox axtarılan oyuncaq
Harri Potter filmlərinin aktyor heyəti - ən çox axtarılan aktyor heyəti
Ürək emojisi - ən çox axtarılan emoji
Bollivud - ən çox axtarılan film janrı
Bizi sosial şəbəkələrdən izləyin!!