SOCAR Ukraynadakı işçilərinin sayını açıqlayıb | Banco.az

SOCAR Ukraynadakı işçilərinin sayını açıqlayıb

Hazırda “SOCAR Energy Ukraine” şirkətinin əməkdaşlarının sayı 1 800 nəfərdən çoxdur.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətindən bildiriblər.

Məlumatda həmçinin deyilir ki, SOCAR əməkdaşlarının tədrisinə və peşəkarlığının artırılmasına böyük diqqət ayırır və bu zaman innovativ yanaşmadan istifadə edir: “Belə ki, 2017-ci ildən başlayaraq və 2018-ci ildə də aktiv olaraq davam etdirilərək, şirkət şəxsi heyətinin tədrisi sistemində digital alətləri tətbiq edib. Bura distant tədris sistemi, simulyatorlar, bacarıqların inkişafı üçün trenajorlar daxildir. Bunun sayəsində hər bir əməkdaş Daxili Korporativ Portalın bazasında, istənilən kompüterdən və ya mobil cihazdan onlayn rejimdə tədris proqramlarına, işçi və tədris materiallarına, həmçinin şirkətin son məlumatlarına çıxış əldə edə bilir”.

Ən sərfəli kredit üçün müraciət et

“SOCAR Energy Ukraine”dən bildiriblər ki, bu, yanacaqdoldurma məntəqələri şəbəkələrinin personalının adaptasiya və tədris prosesində sistemli yanaşmaya və vahid qaydaların tətbiq edilməsinə imkan verir: “Həmçinin bölmələrin geniş coğrafiyasını vahid informasiya kanalı ilə birləşdirərək əməkdaşların şirkətlə kommunikasiya mərkəzinin yaradılmasına şərait yaradır ki, bu da korporativ mədəniyyəti gücləndirir”.

report.az