Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? | Banco.az

Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar?

Smartfon sahiblərinin bir çoxu qacetlərinin kənar şəxslər tərəfindən dinlənildiyini bilmirlər. 

“TelecomDaily” analitik-informasiya agentliyinin rəhbəri Denis Kuskov telefonunun dinləndiyini necə bildiyini açıqlayıb.

Ekspertin sözlərinə görə, smartfonun dinləmədə olduğunun əlamətlərindən biri telefonda proqram təminatının və ya əlavə tətbiqlərin yaranmasıdır, hansı ki, sahibi özü quraşdırmayıb.

"Əgər görürsünüz ki, siz toxunmadığınız halda telefonunuz “öz həyatını yaşayır”, yəni qoşulub-sönür, o zaman dinləmə proqramı işə başlayıb", – deyə ekspert izah edib.

D.Kuskov bildirib ki, smartfon batreyasının tez enerji itirməsi də xoşagəlməz sürpriz ola bilər: “Həmin “sürprizlərin” qarşısını almaq üçün smartfonlarınızda quraşdırılmış tətbiqləri mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Özünüzü dinləmə prosesindən qoruya bilərsiniz, bu cür tətbiqlərin işini dayandıran xüsusi proqramlar mövcuddur”.

Ekspert dinləmə variantlarının çox olduğunu vurğulayıb: “Leqal və qeyri-leqal üsul var (qanuni və qeyri-qanuni). Leqal və ya qanuni dinləmə məhkəmə və ya digər instansiyalar tərəfindən rəsmi olaraq əldə edilir. Başqa üsul isə ər, arvad, eləcə də rəqiblərin etməyə çalışdığı qeyri-qanuni dinləmədir”.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram