Smartfonlarda ən çox enerji işlədən mobil tətbiqlər AÇIQLANDI | Banco.az

Smartfonlarda ən çox enerji işlədən mobil tətbiqlər AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Smartfonlarda ən sürətli enerji işlədən və nüsxələnmə sahələrində ən çox yer tutan mobil tətbiqlər məlum olub. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, İsveçrənin informasiya texnologiyaları üzrə fəaliyyət göstərən "pCloud" təşkilatı smartfonların enerjisini ən tez hansı tətbiqlərin azaltdığını və eyni zamanda nüsxələnmə sahəsini hansı tətbiqlərin tutduğunu araşdırıb.

Telefonlarda enerjini ən tez işlədən ilk mobil tətbiq - Fitbit, Verizon, Uber, Skype və Facebook olub. Airbnb, Instagram və Tinder də bu siyahının ilk 10 pilləsində qərarlaşıblar. Sözügedən siyahı üzrə ilk 20-likdə isə Snapchat, WhatsApp, Zoom, YouTube, Amazon, Telegram və Linkedin yer alıb.

Nüsxələnmə sahəsində ən çox yer tutan tətbiqlərə gəlincə isə ilk pillənin sahibi 438 MB-lıq həcmlə United Airlines olub. Siyahının ilk beşliyində yer alan digər tətbiqlər isə bunlardır: Lyft, Uber, Fitbit, Facebook.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram