Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” üzrə futbol çempionatının qrup oyunları başa çatıb. A qrupunda mübarizə aparan komandalardan Maliyyə Bazarlarına Nəzarət Palatası bütün oyunları qələbə ilə başa vuraraq 12 xalla A qrupunun lideri, AtaSığorta isə 9 xalla qrup ikincisi kimi yarım finala adlayıb.
B qrupunda isə keçirilən oyunların yekununda 10 xal toplayan Paşa Həyat Sığorta qrup birincisi və yalnız bir top fərqi ilə ikinci pillədə qərarlaşan Paşa Sığorta şirkətinin komandaları yarım final oyununa vəsiqə əldə ediblər.
“Sığortaçılar liqası” üzrə futbol çempionatı çərçivəsində yarım final oyunları Maliyyə Bazarlarına Nəzarət Palatası – Paşa Sığorta, AtaSığorta – Paşa Həyat Sığorta şirkətlərinin komandaları arasında keçiriləcəkdir və bu oyunların nəticələrinə əsasən çempionatın finalçıları müəyyənləşəcəkdir.
“Sığortaçılar liqası” üzrə futbol çempionatının turnir cədvəli aşağıdakı kimidir:
A qrupu |
Q |
H |
M |
T/F |
X |
MBNP |
4 |
0 |
0 |
15-2 |
12 |
Atasığorta |
3 |
0 |
1 |
17-5 |
9 |
Meqa Sığorta |
2 |
0 |
2 |
16-13 |
6 |
Xalqsığorta |
1 |
0 |
3 |
9-13 |
3 |
İSB |
0 |
0 |
4 |
2-26 |
0 |
B qrupu |
Q |
H |
M |
T/F |
X |
PAŞA Həyat Sığorta |
3 |
1 |
0 |
12-5 |
10 |
PAŞA Sığorta |
3 |
1 |
0 |
11-5 |
10 |
Qala Həyat Sığorta |
2 |
0 |
2 |
15-5 |
6 |
Atəşgah Sığorta |
1 |
0 |
3 |
9-16 |
3 |
Azsığorta |
0 |
0 |
4 |
2-18 |
0 |