“Sığortaçılar liqası”nın püşkatması baş tutub | Banco.az

“Sığortaçılar liqası”nın püşkatması baş tutub

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” üzrə futbol çempionatının püşkatma mərasimi baş tutub. Püşkatma mərasiminə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri, həmçinin, iştirakçı şirkətlərin komanda kapitanları qatılıb. Püşkatmanın nəticəsi belədir:

A Qrupunda – AtaSığorta, Meqa Sığorta, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Xalq Sığorta şirkətinin komandaları, B Qrupunda – Paşa Həyat Sığorta, Paşa Sığorta, Atəşgah Sığorta, AzSığorta və Qala Həyat Sığorta şirkətinin komandaları mübarizə aparacaq. Qrup oyunları nəticəsində hər qrupun 1 və 2-ci müəyyən olunur, daha sonra onlar arasında keçirilən oyunlar çempionatın qalibini müəyyən edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Sığortaçılar liqası” üzrə futbol çempionatının ilk oyunları B Qrupu üzrə “Paşa Həyat – Atəşgah Sığorta” və “Paşa Sığorta – AzSığorta” komandaları arasında 6 oktyabrda baş tutacaq.