2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568 milyon 538 min manat məbləğində sığorta haqları toplanıb, 186 milyon 911 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 9 ayında 414 milyon 312 min manat sığorta haqları toplanmış, 188 milyon 579 milyon manatı sığorta ödənişi həyata keçirilmişdi.
Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olan məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə 137.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 mln. manat, ödənişlər isə 49.6 mln. manat olub.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.